RU

Ermənistanın yeni konstitusiyası mart ayında hazır olacaq

Ermənistan Ədliyyə Nazirliyi ölkənin yeni Konstitusiyasının (Əsas Qanun) mətni üzərində işi sürətləndirir. Bu barədə nazirliyin rəhbəri Srbuhi Qalyan bu gün bildirib. “İşimizin nəticələri mart ayında ümumiləşdiriləcək. Əvvəllər müəyyən edilmiş müddətlərdən kənara çıxmayacağıq. Həmin vaxta qədər mətn hazır olacaq və dərc edəcəyik.”, – Srbuhi Qalyan deyib.
Nazir əlavə edib ki, hazırda Ermənistan Ədliyyə Nazirliyinin qarşısında duran prioritet vəzifələrdən biri yeni Konstitusiyanın mətninin yekunlaşdırılmasıdır və ölkənin Əsas Qanunu üzərində bütün işlər müəyyən edilmiş müddətlərdə başa çatdırılacaq.

//Samir Qurbanov, Editor.az 

Избранный
67
editor.az

1Источники