Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan Qərb derbisində “Turan Tovuz” “Kəpəz”i qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Tovuz şəhər Stadionunda baş tutan qarşılaşma tovuzluların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Gərgin keçən mübarizənin taleyini 57-ci dəqiqədə Hayderson Hurtadonun vurduğu yeganə qol həll edib.
Qarşılaşmada diqqətçəkən əsas məqam isə “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevin hərəkəti olub. Təcrübəli mütəxəssis oyunun 64-cü dəqiqəsində dördüncü hakim Elvin Bayramova qarşı fiziki təmas göstərərək onu itələyib və idarəçiliyə sərt etirazını bildirib. Bu hərəkətinə görə türkmənistanlı məşqçi birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırkı mərhələnin cavab oyunları mart ayının 3-də keçiriləcək. Günün digər sürpriz nəticəsi isə Şamaxıda qeydə alınıb. Belə ki, “Şamaxı” doğma meydanda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.