
ABŞ və Rusiya arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan "Yeni Strateji Silahların Azaldılması Sazişi"nin (New START) yeniləndiyi iddia edilir.
ABŞ-ın Axios xəbər platforması Vaşinqton və Moskvanın iki ölkə arasında ən son bir il müddətinə uzadılan və bu gün müddəti başa çatan "New START" müqaviləsinin davam etdirilməsi barədə qərar qəbul etdiklərini bildirib.
Mövzu ilə bağlı platformaya məlumat verən üç mənbədən ikisi planın layihəsi üzərində razılıq əldə olunduğunu, lakin hələ də hər iki ölkə liderinin təsdiqinə ehtiyac duyulduğunu qeyd edib. Üçüncü mənbə isə son 24 saat ərzində Əbu-Dabidə danışıqların aparıldığını, lakin hələlik rəsmi razılığın əldə olunmadığını irəli sürüb.
Sözügedən rəsmilərdən biri "Rusiya ilə xoş niyyətlə hərəkət etmək və sistemin necə yenilənə biləcəyi barədə danışıqlara başlamaq mövzusunda razılığa gəldik" — ifadəsini işlədib.
Digər bir mənbə isə "Saziş layihəsinin praktiki nəticəsi odur ki, hər iki tərəf ən azı 6 ay ərzində müqavilənin şərtlərinə əməl etməyə razılaşır və bu müddət ərzində potensial yeni saziş üzərində danışıqlar aparılacaq" deyə bildirib.
Xəbərin davamında "New START" müqaviləsi ilə bağlı müzakirələrin çərşənbə gecəsi gec saatlara qədər davam etdiyi detalı yer alıb.