RU

Mart imtahanları narazılıq yaradır AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə ildir buraxılış imtahanlarının mart ayında keçirilməsi valideynlərin və abituriyentlərin narazılığına səbəb olur. Valideynlərin düşünür ki, şagirdlər mart ayında tam hazır olmurlar. Bu vaxt tədris proqramı tam başa çatmır, mövzuların təkrarına vaxt qalmır. Bölgələrdə isə məktəbə davamiyyət problemləri də əlavə olunur, psixoloji olaraq bəzi şagirdlər özlərini geri qalmış hiss edə bilirlər.Məsələ ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a bildirib ki, hazırda proqram tam yekunlaşmadığı üçün reflektor imkanı olmayan şagirdlər geridə qalmış sayılır:"Xüsusilə xəstəlik və davamiyyət problemləri bu vəziyyəti bir qədər çətinləşdirir. Lakin Dövlət İmtahan Mərkəzi sualları yalnız keçirilmiş mövzulara uyğun hazırlayır, imtahanda proqramın kənarına çıxılmır. Blok imtihanı zamanı da vaxt düzgün paylanır ki, şagirdlər sınaq üçün kifayət qədər vaxt əldə etsinlər".O bildirib ki, buna görə də mart ayında imtahan keçirilməsi ciddi problem yaratmır:"Mən şəxsən tərəfdarıyam ki, buraxılış imtahanları may ayında keçirilsin. Bu halda proqram tam bitmiş olur və bütün mövzular qiymətləndirməyə daxil edilə bilər. Amma ümumilikdə mart ayı da problem yaratmır, çünki suallar yalnız mərkəzi proqram üzrə olur. Davamiyyət məsələsi bəzi hallarda çətinlik yarada bilər, amma məktəblər şagirdlərin davamiyyətini təmin edir, yəni onlar məktəbə gedirlər. May ayında imtahan keçirmək daha məqsədəuyğundur, lakin hazırki vəziyyətdə mart ayında da işləklik təmin olunur".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
demokrat.az

1Источники