Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bəzi Avropa liderləri ilə əlaqələrimiz olduğunu gizlətməyəcəyəm. Onlar zəng edirlər, ancaq bu söhbətləri ictimailəşdirməməyimizi xahiş edirlər. Hətta bəziləri burada (Moskvada - red.) peyda olur və gizli əlaqələr saxlayırlar.
Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov qeyd edib ki, Avropa nümayəndələri bu gizli əlaqələr zamanı yeni bir şey demirlər:
“Lakin avropalı tərəfdaşlarımızın bu qapalı, məxfi əlaqələr zamanı fikirləri barədə bizimlə bölüşdükləri heç bir şey onların açıq şəkildə dediklərindən fərqlənmir - hamısı eyni köhnə çağırışlardır”.
Asena,
BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.