RU

Qehi Liqa Kubokunun final matçına çıxa bilməyəcək

style='margin-bottom:10px;'>

“Mançester Siti” Liqa Kubokunun finalında yeni transferi Mark Qehidən yararlana bilməyəcək.

QOL.az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, Futbol Liqası "şəhərlilər"in bununla bağlı müraciətini rədd edib.

Baş məşqçi Xosep Qvardiola "Nyukasl" üzərindəki qələbədən (3:1) sonra bildirmişdi ki, qaydalar Qehiyə finalda oynamağa imkan vermir. Buna səbəb futbolçunun yarımfinalın ilk oyununa qədər qeydiyyatdan keçməməsidir.

İspaniyalı mütəxəssis bu mövsüm tətbiq edilən qaydanın dəyişdirilməsini və oyunçuya istisna edilməsini istəsə də, qurum qərarında qəti olduğunu bildirib. Beləliklə, müdafiəçi martın 22-də "Arsenal"a qarşı keçiriləcək həlledici matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Mnaçester Siti" futbolçunu yanvar ayında "Kristal Palas"dan 20 milyon funt sterlinq qarşılığında transfer edib. O, Çempionlar Liqasının pley-off oyunlarında iştirak edə bilsə də, Liqa Kubokunda yalnız gələn mövsüm debüt edə biləcək.

Избранный
68
1
teleqraf.com

2Источники