RU

"Təklif gəlsə, fikirləşə bilərəm" - "Qarabağ"a iki qol vuran futbolçu

BAKI, 5 fevral. TELEQRAF

“Qarabağ”la cavab oyunumuz da var. Bilmək olmaz, bəlkə sürpriz etdik və mərhələni biz keçdik. Mümkün olduğu qədər irəliləməyə çalışacağıq”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Şamaxı”nın hücumçusu Karim Rossi deyib.

O, Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini bölüşüb. Görüşdə “dubl” edərək komandasına qələbə qazandıran 32 yaşlı isveçrəli futbolçu təəssüratlarını belə ifadə edib:
“Bizim üçün yaxşı nəticədir. “Qarabağ”ın gücünü bilirik. Ancaq biz taktiki olaraq yaxşı oynadıq. Nəticədən razıyıq. Həm də bu gün kubokda ilk qolumu vurdum. Çanki daha öncə start heyətində oynamamışdım. Mövsümün bombardiri olmaq istəyirəm. Düzdür, bu qollar kuboka sayılır. Amma istəyim qolların ardını gətirmək və komandama daha çox xeyir verməkdir”.

Rossi Azərbaycan Premyer Liqasının XIX turunda 5 gün sonra yenidən evdə “Qarabağ”la qarşılaşmaya yaxşı motivasiya ilə çıxacaqlarını bildirib: “

“Qarabağ” çempionat oyununda daha çox aqressiv olacaq və daha yaxşı hazırlaşacaqlar. Bu gün bir qədər fərqli heyətlə oynadılar. Çempionlar Liqasında oynamayan heyətə şans verdilər. Bu, bizim lehimizə idi, lakin mübarizə önəmlidir. Yenə də biz öz işimizə fokuslanırıq. Çalışacağıq həmin oyunda da qələbə qazanaq”.

Məhsuldarlığı ilə diqqətləri üzərinə çəkən Rossi gələcəkdə avrokuboklar uğrunda mübarizə aparan komandada çıxış etmək arzusundan da söz açıb:

“Hazırda “Şamaxı”da olduğum üçün buranı fikirləşirəm. Amma təklif gəlsə, o zaman düşünə bilərəm. Futbolçu olaraq inkişaf etmək və daha yaxşı komandalarda oynamaq istəyərəm”.

Избранный
28
1
teleqraf.com

2Источники