RU

Yol polisi şagirdlər arasında təbliğat apardı Qaydaları öyrədirlər FOTOLAR

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət proqramına uyğun olaraq 158  nomrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Ayna Qasımova, Mərkəzin əməkdaşları və 158 nömrəli məktəbin müəllimləri və uşaqlar iştirak edib.

Avtosfer.az xəbər verir ki, tədbirdə uşaqlara yol hərəkəti qaydaları haqqında məlumat verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib.

Tədbirdə Bakı Şəhər DYP İdarəsinin əməkdaşı polis kapitanı Pərvanə Muradova uşaqlara yol hərəkəti qaydalarına dair ətraflı məlumatlar verib, slaydlar və əyani vasitələrlə nişanlar nümayiş etdirilib. Uşaqlarla maarifləndirici dialoqlar aparılıb, suallar cavablandırılıb.

Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.

Könül

Oxunub 16

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
avtosfer.az

1Источники