RU

“Epşteynlə vaxt keçirməyim axmaqlıq idi” Məşhur milyarder

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Amerikalı iş adamı Bil Qeyts "Epşteyn faylları"nda adının çəkilməsinə münasibət bildirib.

Avstraliyanın "9News" telekanalına danışan Qeyts deyib ki, Cefri Epşteyn adından ona göndərildiyi iddia olunan bəzi "e-mail"lər saxtadır, lakin o, Epşteynlə yaxınlığını da danmayıb.

"Onunla keçirdiyim hər dəqiqəyə görə təəssüf hissi keçirirəm və üzr istəyirəm. Mən Epşteynlə 2011-ci ildə tanış olmuşam. O iddia edirdi ki, çoxlu zəngin insan tanıyır və onların qlobal səhiyyə problemlərinin həlli üçün ianə etmələrində vasitəçi ola bilər. Retrospektdə baxanda, bu dalana dirənmiş bir ideya idi. Onunla vaxt keçirməyim axmaqlıq idi", - o qeyd edib.

B.Qeyts Epşteynlə birgə hər hansı cinayət əməlində iştirak etmədiyini və onun adasına getmədiyini əlavə edib.

ABŞ-nin Ədliyyə Nazirliyinin ictimailəşdirdiyi "Epşteyn faylları"nda adı hallanan məşhurlardan biri də Bil Qeytsdir. Epşteyn naməlum şəxslərə yazdığı "e-mail"lərin birində Qeytsin nikahdankənar cinsi münasibətdə olduğunu, buna görə xəstəliyə yoluxduğunu və dərman axtardığını iddia edib.

"Epşteyn faylları” milyarder iş adamı, azyaşlıların cinsi istismarı məqsədilə alverində təqsirləndirilən Cefri Epşteynə dair istintaq materiallarını əhatə edir. Epşteyn 2019-cu ilin iyulunda həbs edilib və bir ay sonra həbsxanada ölü tapılıb.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
azpolitika.info

1Источники