RU

Kahramanmaraş sakinləri fəlakət zonasının bərpasına verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirlər

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kahramanmaraş, 5 fevral, AZƏRTAC

Türkiyənin Kahramanmaraş şəhərinin sakinləri fəlakət zonasının bərpasına verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirlər.

AZƏRTAC-la söhbət zamanı Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri iki xalq arasındakı qardaşlığın sarsılmaz olduğunu vurğulayıblar, Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilmiş mənzillərin rahatlığını və keyfiyyətini yüksək qiymətləndiriblər.

Kahramanmaraş sakini Beyda Altun bildirib ki, 2023-cü ilin fevralında həyat yoldaşını itirib, özü isə yeraltı təkanlardan üç gün sonra dağıntılar altından çıxarılıb.

“O, gözlərimin qarşısında dünyasını dəyişdi, məni isə sanitar təyyarə ilə müalicə üçün Ankaraya apardılar. Mən hər şeyimi itirdim. Köməyə Türkiyə hökuməti və qardaş Azərbaycan gəldi. Prezident İlham Əliyevə şəxsən minnətdarlığımı bildirirəm”, — deyə B.Altun qeyd edib.

Kahramanmaraşın yeni məhəlləsindəki mənzillərdən birinin sahibi Kerem Yelekçi də Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlıq edib.

O, fəlakət zonasının sakinlərinin qardaş xalqın göstərdiyi dəstəyi heç vaxt unutmayacağına əminliyini ifadə edərək bildirib ki, Azərbaycan məhəlləsi ölkələr və xalqlar arasında birliyin sarsılmazlığına ən yaxşı xatırlatma olacaq.

Ramin Adbullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
azertag.az

1Источники