RU

Qurban Qurbanov Nərimanı ingilislərlə oyuna hazırlayır? – "Qarabağ"ın sürpriz planı

“Qarabağ” bu gün Azərbaycan Kubokunun 1/4 finalının ilk görüşündə “Şamaxı” ilə qarşılaşıb.

“Ölkə.Az” xəbər verir ki, 2:1 hesabla meydan sahiblərinə məğlub olan "atlılar"ın heyətində Amin Ramazanov, Bəhlul Mustafazadə, Nəriman Axundzadə və yeni transfer olunmuş Ceremi Qnali “23-lüy”ə daxil edilməyiblər. 

Onlar Şamaxıda oyunu stadiondan izləyiblər.

Bəhlul Mustafazadəyə istirahət verildiyini, yeni transferin hələlik komanda ilə uyğunlaşmadığını nəzərə alsaq, Cereminin birbaşa kubok qarşılaşmasına buraxmamaq normal hesab olunur. Amin Ramazanov isə üçüncü qapıçıdır.

Nəriman Axundzadəyə gəldikdə isə, onun protokola salınmaması maraq doğurub. Belə ki, Çempionlar Liqasındakı performansına görə tez-tez tənqidlərə tuş gələn hücumçu üçün yerli turnirlər daha əlverişli hesab olunur. Həm motivasiya, həm özünü bərpa etmək baxımından nəticə göstərməsi, ardınca isə Çempionlar Liqasına yollanması üstünlük sayıla bilər.

İndiki məqamda isə Nəriman Axundzadənin heyətdən çıxarılmasına 3 prizmadan baxmaq mümkündür: növbəti oyuna hazırlıq, psixoloji istirahət və ya komandadan uzaqlaşdırılma.

Rəqibin “Nyukasl” kimi güclü ingilis klubu olduğunu nəzərə alsaq, Nərimanın həmin qarşılaşmanın böyük hissəsini stadionda keçirəcəyi çətin görünür. Mümkündür ki, Qurban Qurbanov hücum futbolu oynatsın və Axundzadə ilə birgə ön xətti daha da gücləndirsin.

“Liverpul”la ənənəvi müdafiədən çıxma üsulunun fiaskoya uğradığını görən baş məşqçinin taktikasında dəyişiklik etməsi mümkündür. Hər halda Nərimanın heyətdən kənarda qalması, hansısa sürprizlərin olacağından xəbər verir.

Üçünücü - ən az ehtimal olunan variant. Çünki “Qarabağ” heyət qıtlığın əziyyət çəkir. İndiki məqamda Nərimanın gedəcəyini proqnozlaşdırmaq çətindir. Onun “Şamaxı” ilə oyunu protokola düşməyən digər komanda yoldaşları ilə stadiondan izləməsi, hələlik sonuncu ehtimalı xeyli zəiflədir.

Miri
Ölkə.Az

Избранный
35
1
olke.az

2Источники