RU

İrakli Kobaxidze: Bir zamanlar demokratiya və qanunun aliliyi ilə seçilən Avropada bu gün bütün istiqamətlərdə ciddi geriləmə var

Tbilisi, 5 fevral, AZƏRTAC

"Avropa bürokratiyasında yaranmış konkret vəziyyətə, xüsusən də seçkilərə müdaxiləyə beynəlxalq səviyyədə qiymət verilməsi vacibdir".

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Bir vaxtlar yüksək dərəcədə demokratiya və qanunun aliliyi ilə seçilən Avropada müvafiq prinsiplərə əməl olunurdu. Bu gün bütün istiqamətlərdə ciddi geriləmə var", - deyə Baş nazir bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
17
2
azertag.az

3Источники