RU

Hava həyəcanı səslənirsə, deməli razılıq əldə olunmayıb – Zelenski

Bakı.Trend:

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Rusiyanınəsirliyindən 157 ukraynalı hərbçinin azad edilməsindən sonraukraynalı danışıqlar qrupuna növbəti hərbi əsir mübadilələrininkeçirilməsi barədə razılıq əldə etməyə çalışmaq tapşırığınıverib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər veir.

O, Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakıilə keçirilən üçtərəfli danışıqların nəticələrini şərh edib.

Zelenski qeyd edib ki, artıq ukraynalı danışıqlar qrupu ilə qısaünsiyyət qurub. Lakin həmin anda hava həyəcanı siqnalısəslənib.

“Əgər indi həyəcan siqnalı səslənirsə, bu o deməkdir ki,müharibənin başa çatdırılması barədə razılıq əldə olunmayıb.Düşünürəm ki, bu, sizə də, bizə də aydındır”, – deyə ZelenskiKiyevdə Polşanın Baş naziri Donald Tuskla birgə keçirilən mətbuatkonfransında deyib.

Zelenski hərbi əsirlərin mübadiləsinə də münasibət bildirib.

“Bu, çox yaxşıdır. Ukraynanın 157 döyüşçüsü evinə qayıdacaq. Mənxahiş etdim ki, bu istiqamət bir daha gündəmə gətirilsin. Buna görədə düşünürəm ki, qruplar indi yenidən görüşəcək və bu məsələnimüzakirə edəcəklər. Çünki onlar hazırda bu mübadiləni müzakirəediblər və o, baş tutub. Növbəti mübadilələr məsələsini dəqaldırmaq lazımdır”,– deyə Zelenski bildirib.

Məqalədə:
Избранный
33
1
az.trend.az

2Источники