RU

Bütün dəvələrə ad veriləcək: Şəkilli pasportları da olacaq

Səudiyyə Ərəbistanı dəvə yetişdirmə sektorunda maraqlı bir layihə həyata keçirir.

Publika.az "Times of India"-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, artıq dəvələr üçün rəsmi pasport tətbiq olunacaq.

Nazirlik layihənin dəvə sektorunu qeydiyyata almağı, identifikasiyanı təmin etməyi və xidmət proseslərini daha səmərəli etməyi hədəflədiyini bildirib. Tətbiq həm daxili, həm də beynəlxalq ticarətdə bazar etibarını artırmağı hədəfləyir.

Pasportda mikroçip nömrəsi, pasport nömrəsi, dəvənin adı, doğum tarixi, cinsi, rəngi, doğum yeri və sənədin verilmə tarixi və yeri kimi məlumatlar olacaq. Bundan əlavə, heyvanın fotoşəkilləri hər iki tərəfdən pasporta əlavə olunacaq.

Sənəddə həmçinin baytar tərəfindən imzalanmış və möhürlənmiş peyvənd izləmə cədvəli də olacaq. Bu şəkildə dəvələrin sağlamlıq tarixçəsi şəffaf şəkildə izləniləcək.

Избранный
38
publika.az

1Источники