Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.
2026-cı il qış mövsümündə bir sıra geyim və aksesuar trendləri artıq aktuallığını itirəcək.
Milli.Az xəbər verir ki, həddindən artıq oversize və şişirdilmiş gödəkçələr yerini daha səliqəli və funksional modellərə verəcək. Parlaq və süni kürklər də dəbdən düşəcək, onların əvəzinə təbii teksturalı və ekoloji materiallara üstünlük veriləcək.
Bundan əlavə, iri loqolu geyimlər, neon rəngli qış ayaqqabıları və həddindən artıq qalın platformalı çəkmələr də 2026-cı ildə tövsiyə olunmayan trendlər sırasındadır. Mütəxəssislər dar və hərəkəti məhdudlaşdıran şalvarların, qat-qat və ağır geyim üslubunun, parlaq metal çantaların, eləcə də süni dəridən hazırlanan qalın şalvar və gödəkçələrin də artıq dəbdə olmayacağını bildirirlər.
Ekspertlərin fikrincə, yeni mövsümdə rahatlıq, sadə dizayn və funksionallıq əsas meyar olacaq.
Asya
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.