"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Aznews.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 2 ay 10 gün müddətə həbs qətimkan tədbiri seçilib.
"Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.