Ajans.az xəbər verir ki, Durov bu fikirləri sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, Telegram fəaliyyət göstərdiyi bütün müddət ərzində istifadəçilərin çat məlumatlarından bir bayt belə üçüncü tərəflərlə paylaşmayıb. Telegram-ın qurucusu vurğulayıb ki, platformanın əsas prinsiplərindən biri istifadəçi məlumatlarının qorunmasıdır və bu mövqedən geri çəkilmək niyyətində deyil. Qeyd edək ki, Pavel Durov daha əvvəl də WhatsApp-ın etibarlılığı ilə bağlı tənqidi fikirlər səsləndirmiş, istifadəçi məlumatlarının təhlükəsizliyi məsələsinə diqqət çəkmişdi.