
Rusiya və Ukrayna arasında “157-nin 157-yə” formulu ilə növbəti hərbi əsir mübadiləsi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Mübadilə çərçivəsində Ukrayna əsirliyindəki 157 hərbçi Rusiyaya təhvil verilib.
Həmçinin, Rusiya əsirliyindəki 157 hərbçi Ukraynaya qaytarılıb.
Qeyd edək ki, bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna və Rusiyanın 314 hərbi əsiri dəyişmək barədə razılığa gəldiyini bildirib.