RU

Almaniya kanslerinin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Almaniya nümayəndə heyətini Ər-Riyad hava limanına aparan mikroavtobus qəzaya uğrayıb və nəticədə kansler Fridrix Mertsin Qətərə uçuşu gecikib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə hava limanından 2.7 km aralıda baş verib. Qəza zamanı xəsarət alan olmayıb.

Qəzetin məlumatına görə, hadisə barədə dərhal Almaniya səfirliyinə məlumat verilib. Almaniya kansleri və müşavirləri nümayəndə heyətinin qalan üzvlərinin gəlməsini hava limanında gözləməli olublar.

Qeyd olunur ki, baş verən hadisə səbəbindən uçuş təxminən 15 dəqiqə ləngiyib.

Xatırladaq ki, F.Merts Fars körfəzi ölkələrinə səfərdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
3
hurriyyet.az

4Источники