RU

"Keçmiş həyat yoldaşımı sevirəm" - Aynur Dadaşova

Müğənni Aynur Dadaşova boşandığı həyat yoldaşı haqda açıqlamasıyla gündəmə gəlib.

"Unikal" xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində onu hələ də sevdiyini deyib.

"Mən yoldaşımı sevirəm" deyən Aynura həmkarı Nadir Qafarzadə "Sevən ayrılmazdı" sözlərini deyib. 

Aynur isə ona "Sevgi də var-dövlətdir. Onu da Allah insana bəxş edir. Heç bir kişi və qadın istəməz ailəsini özü dağıtsın. Allahın yazısına pozu yoxdur" cavabını verib. 

Qeyd edək ki, Aynur həyat yoldaşının ona xəyanət etdiyini və ayrıldığını açıqlamışdı. Dadaşovanın bu nikahdan iki övladı var. 

Избранный
26
5
unikal.az

6Источники