Aktual.az xəbər verir ki, bu barədə "Türkiyənin Səsi” Teleqram kanalı məlumat yayıb.
İsrailin "Haaretz” qəzeti isə bildirib ki, Ankara İranın 440 kiloqram zənginləşdirilmiş uranını İrana qaytarmamaq öhdəliyi ilə saxlamağı təklif edib.
2010-cu ildə İran, Braziliya və Türkiyənin xarici işlər nazirləri Tehranın aşağı zənginləşdirilmiş uranın yüksək zənginləşdirilmiş yanacağa dəyişdirilməsi barədə razılaşma imzalayıb. Lakin razılaşma həyata keçirilməyib.