RU

Miçotakis Türkiyəyə səfər edəcək

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis fevralın 11-də Türkiyəyə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək Baş nazir Türkiyə–Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Altıncı Toplantısında iştirak edəcək:

"Toplantıda iki qonşu ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq. Görüşlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Səfər çərçivəsində ikitərəfli əlaqələrin gücləndirilməsinə yönəlmiş müxtəlif sənədlərin imzalanması da gündəmdədir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
4
bakivaxti.az

2Источники