RU

Pensiyaçılar üçün bu xidmətdən istifadə güzəştli ola bilər…

ain.az, Konkret.az saytına istinadən bildirir.

Son illər ölkədə pensiyaçıların sosial rifahının yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər və təşəbbüslər gündəmə gətirilir. Artan qiymətlər fonunda yaşlı nəslin gündəlik xərclərinin azaldılması cəmiyyət üçün mühüm mövzulardan birinə çevrilib.

Bəs, pensiya alanlara taksi xidmətində güzəşt edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, güzəşt mexanizmi yalnız dövlət və bələdiyyə sektorunda nəzərdə tutulur.

“Güzəşt limiti yalnız dövlət və bələdiyyə nəzarətindəki sahələrdə ola bilər. Taksi xidməti isə dövlət yox, özəl sektordur. Özəl sektorun hər hansı sosial qrupa güzəşt etməsi məcburi xarakter daşıya bilməz”, – deyə İqbal Ağazadə vurğulayıb.

Partiya sədri qeyd edib ki, kütləvi tədbirlər zamanı – referendum və seçki dövrlərində belə güzəştlər əsasən ictimai nəqliyyatda tətbiq olunur:

“Bu kimi hallarda güzəşt yalnız dövlətin və bələdiyyənin nəzarətində olan ictimai nəqliyyat vasitələrinə şamil edilir. Taksi xidmətində güzəştin nəzərdə tutulması doğru hesab edilmir”, – deyə o, əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
konkret.az

2Источники