RU

Tokayevdən Qrenlandiya ilə bağlı təklif İcarəyə götürün

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-nin təklif etdiyi ilhaq məsələsi fonunda Qrenlandiya ilə bağlı mümkün gələcək ssenariləri açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə Pakistanın "The News International" qəzetinə danışıb. 

"Mən bu vəziyyətə bir qədər fərqli baxardım. Beynəlxalq təcrübədə ölkələrin əksər hallarda qarşılıqlı faydalı məqsədlərə çatmaq üçün müəyyən ərazilər və ya strateji obyektlər üçün uzunmüddətli icarə müqavilələri bağlamasını təklif edərdim”, - deyə Qazaxıstan prezidenti vurğulayıb.

Tokayev həmçinin bu cür qərarların mütləq dövlətlərin suverenliyinin tanınmasını nəzərdə tutan beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə əsaslanmalı olduğu fikrini ifadə edib. 

Qazaxıstan lideri qeyd edib ki, "Mümkün variantlardan biri ABŞ və Danimarkanın Qrenlandiya üçün 120 illik icarə müqaviləsi bağlaması olardı".

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
unikal.az

2Источники