RU

İlon Mask Rusiya ordusunun “Starlink”lərini söndürdü Hücumlar dayanıb...

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Müdafiə Nazirliyi ilə SpaceX şirkəti arasında əldə olunan razılaşmaya əsasən Ukrayna cəbhəsində istifadə olunan bütün qeydyyatsız “Starlink” terminallarının fəaliyyəti dayandırılıb.

“AzPolitika” xəbər verir ki, bundan sonra yalnız Ukraynada rəsmi qeydiyyata alınan və alınacaq “Starlink”lər çalışacaq. Bu addımdan qeydiyyatsız “Starlink”lər işlədən bəzi Ukrayna hərbi birləşmələri də zərər çəkib, lakin onlar sürətlə Ukrayna Müdafiə Nazirliyinin “ağ siyahı”sına daxil edilərək xidmətlə təmin olunur.

Siyasi şərhçi Şahin Cəfərli bildirir ki, rus hərbi blogerlərin fəryadından anlaşılır ki, ən çox zərər çəkən tərəf Rusiyadır. Onun sözlərinə görə, işğalçı ordunun istifadəsində olan təxminən 550 min mobil “Starlink” stansiyası bloklanıb. Nəticədə rusların həm xəbərləşməsi dayanıb, həm də “Starlink” vericiləri ilə işləyən dronlar lazımsız əşyaya çevrilib. 

"Bu, onları rabitə sahəsində müharibənin əvvəlindəki vəziyyətə qaytarıb. Hətta bu gün cəbhənin bəzi istiqamətlərində Rusiya ordusunu hücumlarının dayandığı barədə xəbərlər də var", - deyə o, qeyd edib.

Rus blogerlər bir tərəfdən İlon Maskı söyüb təhqir edirlər, digər yandan isə Rusiya rəhbərliyini - adını çəkmədən Putini sərt ifadələrlə tənqd edərlər. Yazırlar ki, amerikalılara necə etibar etmək olar və onlar İlon Maskın Rusiyaya yaxın olduğuna hansı əsasla inanıblar?

Ş.Cəfərli daha sonra bildirir: "Həqiqətən də, təsəvvür edin, NATO ilə müharibədən dəm vuran bir dövlət NATO ölkəsinin kommersiya şirkətinin internet şəbəkəsi ilə döyüşürmüş və o şəbəkədən qoparıldıqdan sonra ciddi texniki problemlə üzləşib.

İ.Mask Ukraynanın yeni müdafiə naziri Mixail Fyodorova simpatiya ilə yanaşır və ona kömək vəd edib. Qeyd etmək lazımdır ki, Zelenski kadr siyasətində xeyli səhvlərdən sonra son vaxtlar uğurlu təyinatlar həyata keçirdi. Fyodorov və Kiril Budanov qısa müddətdə öz sahələrində keyfiyyət dəyişikliyinə nail ola biliblər. Bu təyinatlar Zelenskinin qarşıdakı seçkilərdə şansını da artırıb".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
2
azpolitika.info

3Источники