Türkiyənin "Beşiktaş" klubu hücum xəttini gücləndirib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi "Genk"dən O Hyon Qyunu tranafer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Cənubi koreyalı futbolçu üçün Belçika klubuna 14 milyon avro təzminat ödəniləcək. 24 yaşlı forvardla 2029-cu ilin yayına kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, Cənubi Koreya millisinin üzvü bu mövsüm "Genk"də 32 rəsmi matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.