RU

Metyu Uiteker: ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək

Bakı, 5 fevral, AZƏRTAC

Kiyev və Moskva arasında sülh razılaşması əldə olunanadək ABŞ Avropa müttəfiqləri vasitəsilə Ukraynaya silah tədarükünü davam etdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bu barədə Newsmax televiziya kanalında müsahibəsində deyib. Onun sözlərinə görə, silah tədarükü, ilk növbədə, Ukraynanın hava və raketdən müdafiə sistemlərinə aiddir. Bundan əlavə, ABŞ davamlı döyüş hazırlığı üçün vacib olan hücum silahlarının da Ukraynaya tədarükünü dayandırmayacaq.

Metyu Uiteker, həmçinin bildirib ki, ABŞ NATO müttəfiqlərinin müdafiə qabiliyyətlərinin daha da gücləndirilməsini gözləyir və Avropada sülh və sabitliyin bundan asılı olduğuna inanır.

Избранный
29
2
azertag.az

3Источники