RU

Dövlət Uşaq Filarmoniyasında Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında musiqi sənətinin görkəmli nümayəndəsi, general-mayor, professor, Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Uşaq Filarmoniyasından məlumat verilib.

Bildirilib ki, yubilyarı təbrik edən Dövlət Uşaq Filarmoniyasının direktor müavini Leyla Muradzadə onun Azərbaycanda hərbi orkestrlərin formalaşmasında və inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, onun zəngin yaradıcılığı, yüksək musiqi mədəniyyəti və illər boyu yetişdirdiyi gənc musiqiçilər milli musiqi xəzinəmizin ayrılmaz hissəsinə çevrilib. Onun çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib.

Daha sonra Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin direktoru Elvira Əhmədova, 17 nömrəli uşaq musiqi məktəbinin direktoru Samirə İsayeva, 4 nömrəli uşaq musiqi məktəbinin direktoru Dilbər Əhmədova Xalq artisti Yusif Axundzadəyənin yaradıcılığından söhbət açaraq ona ən xoş arzularını çatdırıblar.

Konsertdə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri orkestri Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət proqramla çıxış edib. Dövlət Uşaq Filarmoniyasının birləşmiş xorunun ifasında isə M.Maqomayevin “Odlar Yurdu Azərbaycan” əsəri səslənib. Xorun bədii rəhbərləri Leyla Muradzadə və Aysel Mehdizadədir.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Yusif Axundzadə musiqiçilərə öz tövsiyələrini verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники