RU

Saşa Boe "Qalatasaray"a qayıdır

Saşa Boe "Qalatasaray"a qayıdır

Türkiyənin son çempionu "Qalatasaray" qış transfer pəncərəsində səs-küylü addım ataraq müdafiə xəttini "köhnə tanışı" ilə gücləndirib.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" sabiq ulduzu Saşa Boeni yenidən heyətinə qatıb. Münxen "Bavariya"sından geri dönən fransalı sağ cinah müdafiəçisinin bu gün İstanbula gəlişi və rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Xatırladaq ki, "Qalatasaray" Saşa Boeni 2024-cü ilin yanvarında 30 milyon avro rekord məbləğ qarşılığında Almaniya nəhənginə satmışdı. Lakin futbolçunun Almaniya karyerası zədələr və rəqabət səbəbindən gözlənilən səviyyədə alınmadığı üçün klublar onun "Rams Park"a qayıdışı barədə razılığa gəliblər.

Избранный
56
afn.az

1Источники