RU

“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan liderinə və xalqına inamın təcəssümüdür

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan prezident İlham Əliyevin Əbu Dabiyə rəsmi səfəri və səfər çərçivəsində, Azərbaycan lideri İlham Əliyevlə Ermənistan Baş naziri Nikol paşiniyan arasında keçirilən təkbətək görüş mühüm əhəmiyyətə malikdir. Uzun müddət davam edən münaqişədən sonra tərəflər arasında dialoqun bərpası, danışıqların aparılması və qarşılıqlı münasibətlərin normallaşdırılması region üçün yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməklə bərabər, eyni zamanda  bu proses çərçivəsində hər iki liderin fəaliyyəti beynəlxalq təşkilatlar və siyasi dairələr tərəfindən sülhə töhfə, dialoq təşəbbüsü və regional əməkdaşlığın təşviqi kimi qiymətləndirilmişdir. Məhz bu səylərə görə İlham Əliyev və Nikol Paşinyan müxtəlif beynəlxalq platformalarda mükafatlara layiq görülmüş, hər iki liderin fəaliyyəti sülh quruculuğu nümunəsi kimi təqdim olunmaqdadır.Qeyd etmək yerinə düşər ki, alınan mükafatlar təkcə fərdi liderlərin fəaliyyətini deyil, eyni zamanda Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə ümidin mövcudluğunu simvolizə edir. Bu cür beynəlxalq qiymətləndirmələr göstərir ki, siyasi iradə və dialoq yolu ilə hətta illərlə davam edən qarşıdurmaların həlli mümkündür. Nəticə etibarilə, bu təşəbbüslər Cənubi Qafqazın gələcək inkişafı və sabitliyi üçün mühüm əhəmiyyət daşıyır.Bu baxımdan həm Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan dünya səviyyəli  “Zayed İnsan Qardaşlığı Mükafatı”na (Zayed Award for Human Fraternity) birlikdə layiq görülmələri  beynəlxalq səviyyədə Azərbaycan liderinə və xalqına sülhpərvərlik yolunda inamın təcəssümüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
demokrat.az

2Источники