RU

Valideynlər üçün yaxşı xəbər “WhatsApp”dan yenilik

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"WhatsApp" valideynlər üçün uşaqların informasiya təhlükəsizliyini artıran yeni funksiya üzərində işləyir.

Milli.Az xəbər verir ki, funksiya azyaşlıların kontakt siyahısında olmayan şəxslərlə əlaqəsini məhdudlaşdıracaq və valideynlərə uşağın platformadakı fəaliyyəti barədə ümumi məlumat verəcək, lakin mesajların məzmunu əlçatan olmayacaq.

Funksiya hələ hazırlıq mərhələsindədir və Braziliyada sınaqdan keçirilir. Gələcəkdə bəzi məxfilik parametrləri avtomatik yenilənəcək: "son görülmə" yalnız kontaktlar üçün görünəcək, profil məlumatları və digər keçidlər isə tanımadıqları istifadəçilər üçün məhdudlaşdırılacaq.

Asya

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
news.milli.az

2Источники