RU

“Regionda yeni bir müharibə istəmirik” – Ərdoğan


“İlk növbədə, biz regionu yeni münaqişə və ya xaosa sürükləmədən ABŞ və İran arasında gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik. Bildiyiniz kimi, bu məqsədlə ABŞ Prezidenti Donald Trampla görüşüm oldu. Ertəsi gün isə İran Prezidenti Məsud Pezeşkianla görüşdüm”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalistlərlə söhbətində bildirib.
O, həmçinin, İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyə xarici işlər naziri Hakan Fidanla üçtərəfli görüş keçirildiyini qeyd edib.
“Məsələni aktual saxlayırıq. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu açıq şəkildə bildirdik və bunu həmkarlarımıza çatdırdıq. Hər iki tərəfin diplomatiyaya qapı açmaq istədiyini görürəm. Bu, müsbət bir inkişafdır. Zəmin hələ də dialoq və diplomatiya üçün açıqdır”, - Ərdoğan bildirib.
Türkiyə lideri problemlərin həllinin münaqişə etmək deyil, ortaq məxrəc tapmaq və danışıqlar aparmaq olduğunu qeyd edib.
Избранный
4
1
yeniavaz.com

2Источники