RU

Yamal Messi ilə müqayisə olunmaqdan bezib?

“Barselona”nın vingeri Lamin Yamal mətbuatın həddindən artıq diqqətindən və Lionel Messi ilə müqayisələrdən yayınmağa çalışır.

Publika.az xəbər verir ki,18 yaşlı futbolçu artıq uzun müddətdir “yeni Messi” adlandırılır. İspaniyalı gənc, yaşını nəzərə alsaq, bu yanaşmaya müəyyən mənada uyğun gəlir, lakin görünür, bu cür söhbətlər İspaniya yığmasının üzvünü o qədər də sevindirmir.

"Diario Sport"un məlumatına görə, Yamal Finalissima çərçivəsində mart ayında Argentina millisinə qarşı keçiriləcək oyun ərəfəsində mətbuatdan uzaq durmaq niyyətindədir. Vunderkind qarşıdakı görüşlə bağlı sualların davamlı şəkildə verilməsini və müqayisə mövzusunun yenidən gündəmə gətirilməsini istəmir.

Avropa və Cənubi Amerika çempionları arasında keçiriləcək qarşılaşma 27 mart tarixinə planlaşdırılıb. Bu duelin əsas intriqalarından biri Messi ilə Yamalın meydanda ilk dəfə üz-üzə gəlməsi hesab olunur.

Избранный
22
publika.az

1Источники