RU

Epşteyn və Gülənin ortaq tərəfi Cinayətkarı müdafiə etmək etikdir?”

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Dünyada ən ağır cinayətlərdə ittiham olunan şəxlərin belə vəkil tərəfindən müdafiə edilmə hüququ var. İşlənən cinayətin ağırlığına görə vəkilin işi çətinləşir. Bu baxımdan "imkansızı bacaran" adını qazanmış vəkil Reid Weingartendir. O, həm Epşteynin yüngül cəza alması, həm də FETÖ lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyasına hüquqi divar hörməsi ilə tanınıb. Milyonlarla insan onu buna görə qınayıb, tənqid edib.Bəs bu kimi şəxsləri müdafiə etmək vəkilin peşə etikasına uyğundur?Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Demokrat.az-a deyib ki, vəkilin ağır cinayətdə ittiham olunan şəxsi müdafiə etməsi hüquq sistemi üçün normaldır və etik baxımdan qəbul olunur:"Bu, şəxsin müdafiə hüququnun təmin olunması və ədalətli məhkəmə araşdırması üçündür və vəkilin müdafiə etdiyi şəxsi təsdiqləməsi demək deyil. Etik prinsiplərə görə vəkil maraqların toqquşmamasına diqqət etməli, məhkəməyə və qarşı tərəfə yalan deməməli, sübutları saxtalaşdırmamalı və qanunsuz məqsədlərə xidmət etməməlidir. İttihamın ağırlığı etik problem yaratmır, əsas məsələ vəkilin davranışının qanun və etik standartlara uyğun olmasıdır".O bildirib ki, Epşteynə tətbiq olunan yumşaq cəza ilə Gülənin ekstradisiyası eyni etik kateqoriyaya aid deyil, çünki bunlar hüquqi baxımdan fərqli mexanizmlərdir:"Epşteyn işində müzakirə olunan əsas məsələ prokurorluğun bağladığı razılaşmanın tətbiqi və şəffaflığı, həmçinin zərərçəkənlərin hüquqlarının qorunması ilə bağlı tənqidlər idi. ABŞ Ədliyyə Departamentinin OPR hesabatı da bu məsələləri vurğulayır".Vəkil qeyd edib ki, ekstradisiya isə adətən müqavilə və daxili qanunvericilik çərçivəsində həyata keçirilir və ABŞ praktikası üzrə məhkəmə mərhələsində əsaslı şübhə və sübut standartları müzakirə olunur:"Həmçinin icra hakimiyyəti səviyyəsində humanitar və siyasi risklər nəzərə alına bilər. Burada Epşteyn tipli yumşaq cəzanın birbaşa analoqu yoxdur, çünki cəzanın yumşaldılması adətən təhvil veriləcək ölkənin gələcək davranışına dair təminatlar (ölüm cəzası tətbiq edilməməsi və işgəncə riski) şəklində olur. “Toxunulmazlıq” hüquqi texniki termindir və ekstradisiya prosesində avtomatik müdafiə razılaşması kimi tətbiq olunmur. Beləliklə, bu iki vəziyyəti eyni etik kontekstdə müqayisə etmək düzgün deyil".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
demokrat.az

1Источники