RU

"Epşteyn sənədləri"ndə 2 azərbaycanlının da adı var

Cefri Epşteyn işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər dünya mediasında müzakirə olunmaqda davam edir.

Minlərlə səhifədən ibarət materiallarda Epşteynin müxtəlif ölkələrdə siyasi və ictimai dairələrlə mümkün əlaqələri, səfər planları və təşkilati yazışmaları yer alır. Xəbər verdiyimiz kimi, açıqlanan sənədlərdə Azərbaycana dair qeydlər də diqqət çəkir.

Publika.az Sfera.az-a istinadən xəbər verir ki, Epşteyn sənədlərində yer alan məlumatlara əsasən, 2014-cü ildə ABŞ Konqres üzvlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri üçün hazırlanan gündəlikdə bir sıra azərbaycanlı rəsmi şəxslərin adları qeyd olunub. Sənədlərdə göstərilir ki, səfərin gündəliyi "Humpty Dumpty Institute" (HDİ) tərəfindən hazırlanıb. İnstitutun rəhbəri Cozef Merantedir və bu ad Epşteynə aid e-maillərdə keçən adlarla uyğunluq təşkil edir.

HDİ-nin rəsmi saytında yayımlanan məlumata görə, səfər "AzPod" şirkəti ilə birgə təşkil olunub. Gündəlikdə ABŞ Konqres nümayəndələrinin Bakıda bir sıra rəsmi və ictimai şəxslərlə görüşləri nəzərdə tutulub. Həmin siyahıda sabiq xarici işlər naziri Elmar Məmmədyarovla yanaşı, Milli Məclisin deputatı Jalə Əliyeva və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da adları yer alır.

Açıqlanan sənədlərdə Jalə Əliyevanın adı ABŞ Konqres nümayəndə heyətinin Bakıda görüşəcəyi rəsmi şəxslər sırasında göstərilir. Məlumatlara görə, bu qeyd səfərin rəsmi proqramı çərçivəsində yer alıb. Hazırda sənədlərdə Jalə Əliyevanın Cefri Epşteynlə şəxsi və ya birbaşa əlaqəsinə dair konkret iddia və ya hüquqi fakt təqdim edilmir.

Избранный
47
15
publika.az

10Источники