RU

Əfsanə Qazaxıstandan təklif aldı: Cavabı nə olacaq?

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Borussiya Dortmund"un əfsanəvi futbolçusu Marko Roys hazırda MLS-də çıxış etsə də, karyerasını Qazaxıstanda davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.

Bildirilir ki, 36 yaşlı hücumçuya "Aktobe" klubundan təklif gəlib. Roysun yaxın vaxtlarda Qazaxıstan klubuna cavab verməsi gözlənilir.

"Aktobe" bir müddət əvvəl "Mançester Yunayted" və Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Marko Roys 2024-cü ildən "Los-Anceles Qalaksi"nin şərəfini qoruyur. O, Amerika klubunun heyətində 39 oyuna çıxaraq 9 qol vurub və 12 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
1
hurriyyet.az

2Источники