RU

Qışda dənizdə çimmək olar? Həkim rəyi...

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar sosial şəbəkələrdə həm xaricdə, həm də elə Azərbaycanda videolar yayılır.

Belə ki, bir sıra adamlar havaların soyuq, şaxtalı, yağışlı və qarlı olmasına baxmayaraq, dənizə girir, üstəlik, aralarında dondurma yeyənləri də olur.

Sözügedən görüntülər maraqla qarşılanır. Hətta buna həvəs edərək dənizə getmək istəyən adamlar da var.

Ancaq bu məsələ suallar da doğurur.

Ziyanları varmı? Bu, doğrudan da sağlamlıqdırmı?

Bu barədə Gununsesi.info-ya həkim Aydın Əliyev danışıb.

O bildirib ki, bu, çox riskli məsələdir:

“Çünki insan orqanizmində tempratur fərqi kəskin dəyişərsə, bu, xoşagəlməz hallara gətirib çıxarda bilər. Belə prosesi etməzdən əvvəl yoxlanmaq lazımdır. Həm ürək-damar sistemi, həm qan testləri. Birdən özü hiss eləməz, amma gizli bir xəstəlik ola bilər. Hətta bu məsələ qəfil ölümə də gətirib çıxarda bilər. Çox adam baxır, həvəslənir, fəqət tibbi müayinələrdən keçməmiş bunu etmək olmaz. Bəzi insanlar isə, bəli, çox sağlamdırlar. İnsandan insana fərq var. Məsələn, mübadilə prosesləri sağlamdır. Fəqət başqa adamları buna təşviq etmək riskli ola bilər. Düşünürəm ki, sağlam olandan sonra da bunu birdən-birə yox, tədricən etmək daha məqsədəuyğun olar”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
icma.az

1Источники