RU

Aİ Ukraynaya 90 milyard avro ayrılması ilə bağlı mexanizmi təsdiq etdi

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro kredit verilməsi mexanizmini təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məluat verilb.

Sənədə əsasən, hərbi yardım üçün 60 milyard avro, Ukraynanın büdcə xərcləri üçün isə 30 milyard avro ayrılacaq.

Avropa İttifaqı kredit üzrə faiz xərclərini ödəyəcək. Ukrayna borcu yalnız Rusiya təzminat ödədikdən sonra ödəyəcək.

Macarıstan, Slovakiya və Çexiya maliyyələşdirmədə iştirak etməkdən imtina edib. Qalan 24 üzv vəsait ayırmaq üçün razılaşıb.

Kiyevin ilk tranşı 2026-cı ilin ikinci rübünün əvvəlində alması planlaşdırılır.

Qeyd edək ki, faizsiz kredit vermək qərarı Aİ liderləri tərəfindən 2025-ci ilin dekabr ayında qəbul edilmişdi. Həmin vaxt dondurulmuş Rusiya aktivləri ilə maliyyələşdirmə ideyası rədd edildi və Aİ büdcəsi ilə təmin edilən borclanma mexanizmi seçildi.

Xatırladaq ki, bu yardım paketi Kiyev üçün Aİ-nin ən böyük birgə hərbi-maliyyə proqramıdır. Əvvəllər dəstək əsasən ikitərəfli və ya qeyri-hərbi fondlar vasitəsilə təmin edilirdi. Saziş hazırda Avropa Parlamentində yekun təsdiq prosedurlarından keçir və yekun təsdiqin yaxın həftələrdə baş tutacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
2
yeniavaz.com

3Источники