RU

Su idmanına dəstək

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Azərbaycan Triatlon Federasiyası (ATF) arasında əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

ASF-dən verilən məlumata görə, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, üzgüçülük və triatlonla məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.

Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.

Qabil YUSİFOĞLUXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
xalqqazeti.az

2Источники