RU

Mahir həm vaxt itirir, həm də dəyər... – o, “Sevgililər günü”nü gözləyir

Mahir Emrelinin “Kayzerslautern”də başına gələnlərdən xəbərdarsız.

Xatırladaq ki, “Nürnberq”dən ayrılmaq 28 yaşlı hücumçu üçün düşərli olmayıb. Bu mövsüm cəmi 4 matçda forma geyən futbolçu hələ də fərqlənə bilməyib. Üstəlik ötən il rəqabətdə uduzduğuna görə şans qazanmayan oyunçu bu il zədə üzündən yaşıl meydanlara həsrət qalıb.

Əlbəttə, belə durum Mahirin bazar dəyərinə təsirsiz ötüşməyib. “Football-plus.az” “transfermarkt”a istinadla xəbər verir ki, “Nürnberq”də 1 milyon avro dəyərində olan futbolçunun qiyməti indi 700 min avroya düşüb. Bir vaxtlar, dəqiq desək, “Legiya”nın heyətində tər tökəndə 2 milyon avro dəyəri olan futbolçu postsovet məkanının ən bahalılarından idi...

Bu azmış kimi, Emrelini nə vaxt meydanda görəcəyimiz də bilinmir. Əslində, onun fevralın 14-də - “Qroyter”ə qarşı keçiriləcək oyunda iştirak edəcəyini xəbər verən həmkarlarımız var. Görək, bu iddialar özünü doğruldacaqmı? Hər halda, yanvarın 25-də - “Şalke-04” ilə oyunda forma geyəcəyini tirajlayanlar da az deyildi.

KƏNAN BAHADIR

Избранный
16
2
football-plus.az

3Источники