RU

Riskləri əvvəlcədən açıqlayan sahibkara maliyyə sanksiyası tətbiq olunmayacaq Rəy

ain.az, 525.az saytına istinadən bildirir.

“Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə səyyar və kameral vergi yoxlamaları keçirilməyəcək. Üfüqi monitorinqin predmeti vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir”.

İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a bildirib. Onun sözlərinə görə, transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilməyəcək. İlk növbədə bu sistemə qoşulan şirkətlər vergi yoxlamasından böyük ölçüdə azad olacaqlar. Belə ki, monitorinqdə olan şirkətlərdə səyyar və kameral yoxlamalar aparılmayacaq. Yalnız istisna hallarda -transfer qiymətləri və xaricdən gələn məlumatlar üzrə yoxlamalar aparıla bilər. Eyni zamanda, həmin şirkətlər sanksiyalarda azadolma imkanı da qazanacaq. Yəni, riskləri əvvəlcədən açıqlayan sahibkara maliyyə sanksiyası tətbiq olunmayacaq: 

“Üfüqi monitorin klassik vergi yoxlamalarından fərqli olaraq, vergi orqanı ilə vergi ödəyicisi arasında qabaqlayıcı və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelidir. Burada əsas məqsəd sonradan cərimə və sanksiyalar tətbiq etmək deyil, riskləri əvvəlcədən görmək və problemləri vaxtında aradan qaldırmaqdır. Üfüqi monitorinq zamanı vergi ödəyicisi öz maliyyə və vergi məlumatlarını daha açıq və şəffaf şəkildə vergi orqanı ilə paylaşır. Vergi orqanı isə bu məlumatları təhlil edir, riskləri qiymətləndirir və mümkün uyğunsuzluqlar barədə vergi ödəyicisini əvvəlcədən məlumatlandırır”.

Sevinc Qarayeva

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
525.az

1Источники