RU

Xalq artistinin müalicə xərclərini dövlət ödəyir

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun müalicə xərcləri dövlət tərəfindən qarşılanır.

Azreform.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. 

Onun sözlərinə görə, müalicə xərcləri Mədəniyyət Nazirliyi, Kino Agentliyi (ARKA) və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən ödənilir:

"Nazir Adil Kərimli mənə zəng edib. Dedi səfərdəyəm, amma eşitmişəm xəstəsiniz, səhhətimi soruşdu. Sonda da bildirdi ki, Bakıya gələn kimi mənimlə əlaqə saxlayacaq".

Xalq artisti səhhətinin normal olduğunu bildirib.

Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətinə problem yaranıb. Müayinə nəticəsində aktyorda 4 xəstəlik aşkar edilib. O, hazırda Bakıdakı xəstəxanaların birində müalicə olunur. 

Избранный
20
2
azreform.info

3Источники