Ağcəbədidə 7 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.
***12:50
Ağcabədidə azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Aşağı Avşar kəndində qeydə alınıb.
Azyaşlı müxtəlif bıçaq xəsarətləri alıb. Yaralı yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.