Lakin verilən vədin üzərindən artıq 5 il keçməsinə baxmayaraq, ərazidə hələ də heç bir tikinti işinə başlanılmayıb. Sakinlər 2021-ci ildən etibarən tikinti şirkəti ilə bağlanmış müqavilə əsasında mənzillərini tərk ediblər. Buna baxmayaraq, nə yeni bina tikilib, nə də sakinlər evlə təmin olunub.
Məsələni daha da narahatedici edən məqam isə ondan ibarətdir ki, eyni ərazidə qəzalı vəziyyətdə olan digər binalar sökülərək onların yerində artıq yeni yaşayış binaları inşa olunub və sakinlər mənzillərlə təmin ediliblər. Bu da bina sakinləri arasında ciddi narazılıq yaradıb.
Hazırda köçürülməsi nəzərdə tutulan binanın bəzi sakinləri 5 il əvvəl evlərini tərk edən sakinlərin hələ də mənzil ala bilmədiyini gördükləri üçün evlərini boşaltmaqdan imtina edirlər.
Məsələ ilə bağlı “İST Rezidens” tikinti şirkətindən bildirilib ki, problem nəzarətdə saxlanılır və yaxın zamanda öz həllini tapacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта