RU

"Arsenal" 17 yaşlı futbolçu üçün 90 milyon avro ödəmək istəyir

Almaniyanın “Bavariya” klubunun futbolçusu Lennart Karl karyerasını İngiltərədə davam etdirə bilər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” 17 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

London klubu bu keçid üçün Münhen təmsilçisinin tələb etdiyi 90 milyon avroluq təzminat məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Lennart Karlın Bundesliqa təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi var. Futbolçu bu mövsüm 29 oyunda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
9
unikal.az

1Источники