RU

RFO-dan finala yüksələn şagirdlərin sayı üzrə lider REGİONLAR

Müasir təhsil sistemində şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların istedad və yaradıcı təfəkkürünün aşkar olunması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə keçirilən Respublika Fənn Olimpiadaları şagirdlərə həm akademik biliklərini nümayiş etdirmək, həm də gələcək ixtisas və peşə seçimlərinə hazırlıq üçün geniş imkanlar yaradır.

Rayon və şəhər mərhələlərində yüksək nəticə göstərərək yarımfinala vəsiqə qazanan şagirdlər həm öz regionlarını təmsil edir, həm də ölkə səviyyəsində bilik və bacarıqlarını sınama şansı əldə edirlər.

AzEdu.az Şəki-Zaqatala, Şirvan-Salyan, Mərkəzi Aran, Qarabağ, Mil-Muğan və Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Abşeron-Xızı, Lənkəran-Astara, Şərqi Zəngəzur Regional Təhsil İdarələri üzrə yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərin sayını təqdim edir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 638 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Belə ki, fənn olimpiadalarının yarımfinal mərhələsinə Şəki rayonu üzrə 284, Oğuz rayonu üzrə 90, Qəbələ rayonu üzrə 85, Balakən rayonu üzrə 73, Qax rayonu üzrə 62, Zaqatala rayonu üzrə isə 44 şagird vəsiqə qazanıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 423 şagird Respublika fənn olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Belə ki, fənn olimpiadasının yarımfinal mərhələsinə Şirvan şəhəri üzrə 114, Neftçala rayonu üzrə 106, Salyan rayonu üzrə 86, Biləsuvar rayonu üzrə 81, Hacıqabul rayonu üzrə 36 şagird vəsiqə əldə edib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 600 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsil alan 293 şagird yarımfinal mərhələsinə vəsiqə qazanıb. Rayonlar üzrə paylanma belədir: Ağcabədi rayonundan 36, Ağdam rayonundan 72, Bərdə rayonundan 95, Füzuli rayonundan 33, Tərtər rayonundan 28, Xankəndi şəhərindən 2, Xocalı rayonundan 2 və Xocavənd rayonundan isə 9 şagird vəsiqə qazanıb.

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə təhsil alan 245 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Rayonlar üzrə paylanma belədir: Beyləqan rayonundan 92, İmişli rayonundan 58, Saatlı rayonundan 54 və Sabirabad rayonundan isə 41 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə isə 628 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 447 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən ümumilikdə 980 nəfər şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrindən 517 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb, onlardan 8-i 100% nəticə göstərib.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 12 şagird 100 faiz nəticə göstərib.

Belə ki, fənn olimpiadalarının yarımfinal mərhələsinə Quba rayonu üzrə 129, , Qusar rayonu üzrə 72, Xaçmaz rayonu üzrə 139, Şabran rayonu üzrə 69, Siyəzən rayonu üzrə isə 38 şagird vəsiqə qazanıb.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları VIII–XI sinif şagirdləri üçün təşkil olunur və riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənni əhatə edir.

Olimpiadaların əsas məqsədi şagirdlərdə özünəinam hissini gücləndirmək, fənlər üzrə istedad və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək, onların potensial imkanlarını inkişaf etdirmək üçün məqsədyönlü tədbirlər müəyyənləşdirmək və məktəblilərin ixtisas və peşə seçiminə hazırlıq üçün möhkəm zəmin yaratmaqdır.

Избранный
48
azedu.az

1Источники