RU

Yanğın baş verən məktəbdə dərslər dayandırılıb?

Xəbər verdiyimiz kimi, Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib. 

Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hazırda məktəbdə tədris davam edirmi?

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Cebheinfo.az”-a bildirilib ki, ötən gün Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib: 

“Əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb. 

İlkin ehtimallara görə yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Bu gün tədris prosesi həmin məktəbdə fasiləsiz şəkildə davam edir”.

Избранный
28
3
cebheinfo.az

10Источники