RU

Qvardiola “Mançester Siti”dən ayrılır

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu yay İngiltərə klubundan ayrılmaq niyyətindədir.

Msport.az xəbər verir ki, hazırda “şəhərlilər”in düşərgəsində mütəxəssisin gələcəyi ilə bağlı qeyri-müəyyənlik var və yekun qərar mövsümün sonuna yaxın veriləcək.

İspan çalışdırıcı ilkin qərarını dəyişib komandada qalsa belə, 2027-ci ildə başa çatan müqaviləsini uzatması çətin görünür. Hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasında 24 turdan sonra topladığı 47 xalla ikinci pillədə qərarlaşıb. Komanda eyni zamanda Çempionlar Liqasının 1/8 finalına, İngiltərə Liqa kubokunun finalına və ölkə kubokunun 1/16 finalına yüksəlib.

Qeyd edək ki, 55 yaşlı Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında klub 6 dəfə İngiltərə çempionu, 2 dəfə ölkə kubokunun, 4 dəfə Liqa kubokunun, 3 dəfə isə Superkubokun qalibi olub. 2023-cü ildə isə komanda Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

Избранный
10
1
msport.az

2Источники