RU

Azərbaycanın Avropa ölkələri ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə olunub

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Danimarka Krallığının Xarici İşlər Nazirliyinin Miqrasiya və Konvensiyalar üzrə səfiri Nikolay Pitersen və İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə 525.az-a DMX-dən məlumat verilib.

Bildirilib ki, V.Hüseynov Azərbaycanın miqrasiya idarəçiliyi sistemi, Yüksəkixtisaslı Miqrant Portalı da daxil olmaqla bu sahədə həyata keçirilən yeniliklər, milli qanunvericiliyin əsas istiqamətləri, ümumilikdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Nikolay Pitersen səmimi görüş üçün təşəkkürünü bildirib, miqrasiya sahəsində mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi istiqamətində addımların vacibliyini vurğulayıb.

Görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
525.az

2Источники