RU

Bu il 80 neft quyusu qazılacaq

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı ildə qazılacaq 80 quyuda 500-dən artıq əməliyyatın aparılması planlaşdırılır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Hasilat əməliyyatları üzrə idarəsinin qazma işləri üzrə meneceri Fərid Umudlu Bakıda keçirilən “IADC Drilling Caspian 2026” konfrans və sərgisində bildirib.

Qeyd olunub ki, mövcud problemlərin həlli üçün təkcə struktur dəyişiklikləri kifayət etmir, texnologiyalara da investisiya qoymaq lazımdır: “Hasilat baxımından laylarımız getdikcə daha mürəkkəbləşir və neft hasilatı hər il daha çox səy tələb edir. Bu, artıq Azərbaycanda fəaliyyət göstərən bütün operatorların üzləşdiyi milli səviyyəli çağırışdır”.

F.Umudlu vurğulayıb ki, oxşar vəziyyət Xəzər regionunun digər ölkələrində, o cümlədən Türkmənistanda da müşahidə olunur. Bu səbəbdən yeni texnoloji həllərin fəal şəkildə tətbiqinə başlandığını diqqətə çatdıran menecer deyib ki, yaxın aylarda “Neft daşları” və “Günəşli” yataqlarında nasos-kompressor borularından istifadə edilməklə qazmaya başlanılması planlaşdırılır. Bu məqsədlə laylarda geonaviqasiya texnologiyalarının tətbiqi üzrə ətraflı təhlil aparılır, eyni zamanda, 90 dərəcəyədək meyilliyə malik üfüqi quyuların qazılması həyata keçirilir. Onun sözlərinə görə, artıq 15–20 belə quyu qazılıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
xalqqazeti.az

2Источники